Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko dueti XXX London Yay Olimpiya Oyunlarını 4-cü yerdə bitiriblər. 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yarışların final mərhələsində çıxış edən idmançılarımız ilk 750 metr məsafəni lider kimi qət etsələr də, son 250 metrdə rəqiblərindən geri qalaraq 4-cü olublar. Bu yarış növündə qalib Almaniya idmançıları Peter Kretşmer – Kurt Kuşela olub.
APA