Ölkədə 9 aya 12 yeni körpü tikilib
28.10.2016

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu ilin 9 ayı ərzində respublikanın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikib.

Bu barədə ASC-nin 9 ayın yekunlarına dair hesabatında deyilir.

Qeyd olunur ki, hesabat dövründə 5 körpü əsaslı təmir edilərək istifadəyə verilib. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilib, Bakı şəhərində isə 1 ədəd piyada keçidi təmir edilib.

trend.az