Ramazan ayının yay fəslinə təsadüf etməsi insanda suya olan ehtiyacı artırıb.
GoMap.Az oruc tutanlar üçün isti günlərə sərinləşdirici və susuzluğu aradan qaldıran qidalarla bağlı məlumat verir.
Elə qidalar var ki, imsak zamanı onu qəbul etmək gün boyu insanın suya olan tələbatını azalda bilər.
Xurmanın tərkibində bol miqdarda kalium, maqnezium və dəmirin olması susuzluğun azalmasına yardım edir. Bu meyvə enerjinin bərpa olunmasında da əvəsizdir.
Şaftalı da susuzluğu və ağız qoxusunu aradan qaldırır, dodaqlara sürtüldükdə nəmləndirici xüsusiyyəti olduğuna görə, oruc tutanların dodaqlarının qurumasının qarşısını alır. Eyni zamanda müqavimətini artırır və həzmi asanlaşdırır.
Oruc tutanların qovun və qarpızla qidalanması da faydalıdır. Bu məhsullar soyuq şəkildə yeyildikdə uzun müddət suya olan ehtiyacı aradan qaldırır.
95 faiz sudan ibarət olan pomidor da sərinləşdirici xüsusiyyətlərə malikdir. Pomidorun tərkibində bol miqdarda maqnezium, kalium, kalsium, vitamin və liflərin olması oruc tutanlar üçün çox faydalıdır.
Qara üzüm də susuzluğu azaltmaq üçün əvəzsiz meyvədir. Eyni zamanda biyan kökü şərbəti, mineral su, qatıq da susuzluğu aradan qaldırmaq və orqanizmə fayda vermək baxımından çox faydalıdır.
Gün.Az