Tələbə gənclər üçün mahnı müsabiqəsi və müsabiqəyə qatılan gənclərin iştirakı ilə konsert proqramının keçirilməsini nəzərdə tutan “Sarı Gəlin” Tələbə Mahnı Festivalı Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilir.
Layihənin rəhbəri Günay Hüseynlinin verdiyi məlumata görə festivalın keçirilməsində əsas məqsəd Azərbaycan xalq mahnılarının qorunub saxlanılmasında gənclərin rolunu artırmaq, istedadlı gənclərin üzə çıxarılması və bacarıqlarının nümayişinə dəstək verməkdən ibarətdir: “Layihə öz məqsədlərinə çatması üçün yüksək səviyyədə təşkil olunacaq və rəngarəngliliyi ilə yadda qalacaq”.
Festivala qatılan istedadlı tələbələr milli mahnılarımızı, sonda isə xor şəklində “Sarı Gəlin” Azərbaycan Xalq Mahnısını ifa edəcəklər.
Layihə çərçivəsində keçirilən Qala konsertinin 26 noyabr tarixində saat 15:00-da Şövkət Məmmədova adına Opera Studiyasının Konsert salonunda keçirilməsi nəzərdə tutulub.
Qeydiyyat üçün link: www.atgti.az/p/2233
Son qeydiyyat tarixi 15 noyabrdır.
trend.az