Bu gün mübarək Ramazan ayının ikinci Qədr gecəsidir.
GoMap.Az xəbər verir ki, “On bir ayın sultanı” olan mübarək Ramazan ayının gecələri içində bu gecədən fəzilətli gecə yoxdur.
“Qədr” gecəsinə “əhya” gecəsi də deyilir. Bu gecənin “əhya” (“diri saxlamaq”) adlandırılmasının səbəbi odur ki, möminlər bu gecəni oyaq qalıb ibadətlə məşğul olur.
İstənilən gecəni oyaq qalıb ibadətlə keçirmək müstəhəb və bəyəniləndir. Ancaq Qədr gecəsində oyaq qalmaq, Allaha ibadət, dua, zikr, həmd, tövbə, istiğfar və s. etmək daha böyük savaba səbəb olur və günahların bağışlanmasında mühüm rol oynayır.
Bu gecə edilən ibadətlərin savabı digər gecələrin ibadət savabı ilə müqayisədə daha çoxdur. Çünki bu gecə bütün bəşəriyyətə, bütün insanlığa rəhbər olan, Allah Rəsulunun müqəddəs kitabımız Qurani-Kərimin endirildiyi gecədir.
1000 aydan (təqribən 84 il) xeyirli, üstün, fəzilətli və mübarək olan bu gecənin hörmət və məqamının nə dərəcədə olduğunu bilmək üçün Qurani-Kərimə müraciət etsək kifayətdir. Quranın “Qədr” surəsində buyurur: “Həqiqətən, biz, onu (Quranı) Qədr gecəsi nazil etdik”.
Allah, bu gecəni oyaq qalıb ibadət edən, namaz qılan və bu gecəni fürsət bilib, Allahdan bağışlanma diləyən, tövbə edib, Allahdan xeyir, bərəkət, halal ruzi diləyən hər bir bəndənin diləklərini qəbul edər, onların günahlarını bağışlayar.
Bu mübarək və rəhmətlə dolu olan gecələrdə çoxlu namaz qılmaq, ziyarətnamələr oxumaq, Peyğəmbər və Əhli-beytinə (s) salam və salavat göndərmək müstəhəb və gözəl əməllərdəndir.
Müsəlmanlara tövsiyə olunur ki, bu gecəni oyaq qalıb, imkan daxilində həmin əməlləri yerinə yetirib savab qazansınlar.
Qədr gecəsində müştərək olan əməllər aşağıdakılardır:
İlahi, bizləri mübarək Ramazan ayının bərəkətli gecələri olan Qədr gecələrində Sənə ixlasla ibadət, tövbə, istiğfar, dua, zikr, təsbih, həmd-səna edən, bu gecələrin bərəkətindən faydalanan günahları bağışlanan, duaları, ibadətləri qəbul olan kimsələrdən qərar ver!
İlahi, bizləri pak niyyətli insanlardan, Qədr gecəsində nazil etdiyin Qurana sarılan, dünya və axirətdə Qurandan və Əhli-beytdən (ə) ayrılmayan insanlardan qərar ver!
İlahi, bizi bu dünyada Quranı oxuyub, dərk və əməl edənlərdən, Əhli-beytin (ə) izi ilə gedənlərdən, əziz Peyğəmbərimizin (s) bizə olan bu iki əmanətinə (Quran və Əhli-beyt (ə)) sahib çıxanlardan, bu dünyada Əhli-beyt (ə) və Quranı ziyarət edib axirətdə onların şəfaətinə nail olmuş kimsələrdən qərar ver!
Aminə ya Rəbbəl-Aləmin! Vəssələmu əleykum və rəhmətullahi və bərəkətuh!
Gün.Az