Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”un səhnəsində tanınmış polşalı musiqiçilər Qjex Piotrovski – Sebastian Vıpıx dueti çıxış edib.
Qjex Piotrovski istedadlı saksofonçu, prodüser, aranjemançı və bəstəkardır. O, 1997-ci ildə qısa vaxtda Polşa cazında sıçrayış yaratmış “Alchemik” qrupunu təsis edib. Kollektiv Avropanın bir sıra caz festivallarında “Qran-pri”yə layiq görülüb. Qrup bir neçə albom buraxıb.
Sebastian Vıpıx Şopen adına Varşava Musiqi Akademiyasında təhsil alıb. O, müxtəlif orkestrlərdə, digər musiqiçilərlə duetlərdə çıxış edir.
Bakı tamaşaçıları polşalı musiqiçilərin çıxışını rəğbətlə qarşılayıblar.
azertag.az