Noyabrın 4-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Əməkdar Rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri sənət kafedrasının dosenti Rais Rəsulzadənin “Gələcəyə öz keçmişinin çiynində gedən rəssam” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.
Bakı İncəsənət Mərkəzindən bildirilib ki, sərgi rəssamın 70 illik yubileyi ilə bağlı təşkil olunacaq.
Sərgi noyabrın 14-dək davam edəcək.
azertag.az