Bakı Xətai Sənət Mərkəzində “Qardaş türk xalqlarını tanıyaq” devizi altında keçirilən “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı uşaq rəsm müsabiqəsinin qeydiyyat vaxtı uzadılıb.
Müsabiqəyə sənət və əsər qəbulu noyabrın 1-dək davam edəcək. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Müsabiqənin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi və geyim mədəniyyətini necə görmələrini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir. Mövzu və düzgün kompozisiyanın üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.
Sərgidə Azərbaycanın bütün bölgələrindən 12 yaşadək uşaqlar iştirak edə bilər. Seçilmiş əsərlər Özbəkistanda müxtəlif rəsm festivallarında sərgilənəcək.
azertag.az