“Azərbaycanı tanıyaq” layihəsi gənclərin intellektual inkişafına kömək göstərəcək
31.10.2016

Bakı Dövlət Universitetinin (BDU) tarix müəllimliyi ixtisasında təhsil alan, “SABAH” qrupunun tələbəsi Turqut Şabanoğlunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun səkkizinci qrant müsabiqəsində qalib gələn “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarış layihəsinin təqdimatı olub.

BDU-dan bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə gənclərin dünyagörüşünün formalaşmasına, onların intellektual inkişafına kömək göstərəcək.

Çıxış edənlər ölkəmizdə gənclərin bilik və bacarıqlarının, potensial imkanlarının aşkara çıxarılmasının əhəmiyyətindən söz açıblar.

Yarışın qalibləri mükafatlandırılacaqlar.

azertag.az