Təhsil Nazirliyi məktəbəqədər təhsilin dövlət standartları barədə sənədin layihəsini ictimai müzakirəyə təqdim edir
31.10.2016

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Nazirlikdən bildiriblər ki, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər nazirliyin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihesenedi/mektebeqeder_tehsilin_dovlet_standartlari.pdf həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

azertag.az