Azərbaycan kənd təsərrüfatı və turizm sahələrində Yaponiyanın nou-haularını öyrənməkdə maraqlıdır
31.10.2016

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Osaka şəhərinin meri Hirofumi Yoşimura ilə görüşüb.
Tərəflər turizm və biznes kimi sahələrində təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.
Səfir hökumətin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə atdığı addımlar haqqında məlumat verib. O, Azərbaycanın kənd təsərrüfatı və turizm sahələrində Yaponiyanın nou-haularını öyrənməkdə maraqlı olduğunu da əlavə edib.

report.az