Koreya səfiri məcburi köçkünlərlə görüşüb
31.10.2016

Koreyanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Koreya şirkətləri və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Cəbrayil rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək məqsədilə layihə həyata keçirib. Səfirlikdən verilən məlumata görə, layihəyə bir necə hissədən ibarət idi, şagirdlər arasında “sehirli nağıl” rəsm müsabiqəsi və Koreya kinosu günü daxildir.

Koreyanın səfiri Kim Çanq-qyu Ulu Öndərin heykəlinin qarşısına gül qoyduqdan sonra Cəbrayıl rayon icra başçısı Kamal Həsənovla görüşüb. Səfir Kim və icra başçısı K.Həsənov məcburi köçkünlərin ən qısa zamanda öz doğma torpaqlarına qayıtmaları üçün arzularını ifadə ediblər. Natiqlər layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiklərini bildiriblər.

Səfir şəhid ailəsinə baş çəkib və ailəyə təskinlik veriblər. Ailəyə səfirliyin və Koreyadan olan şirkətlərin hədiyyələri təqdim olunub. Layihə çərçivəsində 84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi “sehirli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Daha sonra, şagirdlər Səfirlik, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası, “Samsung Engineering” və “LG Electronics” şirkəti tərəfindən məktəbli çantaları, məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırılıblar.

2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirir.

trend.az