Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günel Süleymanova tərəfindən Sumqayıtda “Ədəbiyyat: nəsillərin vəsiyyəti” layihəsi icra olunur.
Layihə çərçivəsində növbəti tədbir şəhər 4 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib. Günel Süleymanova mövzunun aktuallığından danışaraq yeniyetmə və gənclər arasında ədəbiyyata marağın artırılması üçün onların məktəb və şəhər kitabxanalarına müraciət etmələrinin vacibliyini bildirib. Layihənin eksperti mütaliənin insanın tərbiyə olunmasında və dünyagörüşünün zənginləşməsində rolundan bəhs edib.
Tədbirdə şagirdlərlə yay tətilində oxuduqları kitablar haqqında fikir mübadiləsi aparılıb. Sonra şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
azertag.az