Azərbaycan Texniki Universitetinin (AzTU) kitabxanasının maddi-texniki bazası gücləndirilir.
AzTU-dan bildirilib ki, universitetin kitabxanasının işinin əsasını təşkil edən komplektləşdirmə şöbəsi yenidən qurularaq müasir texnologiyalarla təmin olunub. Bu şöbədə AzTU-nun bütün kitab fondu qeydə alınır və sistemli yerləşdirilir. Həmçinin magistrların dissertasiya işinin arxivləşdirilməsi və mətbu yayımın - qəzet və jurnalların qəbul edilərək paylanılması həyata keçirilir.
Şöbədə yaradılan mühit gün ərzində xeyli sayda kitabın çeşidlənərək kodlaşdırılması işini asanlaşdırıb. Burada təşkil olunan yeni oxu zalı və sistemləşdirilmiş kataloqlar tələbələrin operativ bilik əldə etmələrinə imkan verir. Bu prosesin daha da inkişaf etdirilməsi üçün komplektləşdirmə şöbəsi AzTU-nun ictimai təşkilatları ilə birgə layihələr həyata keçirməyi planlaşdırır.
azertag.az