İlham Əliyev: "Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək"
1.11.2016

"Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək".
Bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına göndərdiyi müraciətdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident köməkçisi Əli Həsənovun oxuduğu məktubda deyilir ki, forum hər iki ölkə üçün maraq kəsb eeən sahələri əhatə edir. Həmçinin, forumun konstruktiv təşəbbüslər yaratdığı, əlaqələri dərinləşdirməyə imkan verdiyi qeyd edilib.
"Hər iki ölkə güclü iqtisadi potensiala və birgə iş təcrübəsinə malikdir. Dünyadakı qlobal durğunluğa baxmayaraq, forumun konstruktiv müzakirələrə şərait yaradacağına, ölkələrimizə töhfə verəcəyinə ümid edirəm", - məktubda deyilir.

report.az