XXX London Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında Azərbaycan idmançısı Ramin Əzizov ilk görüşündə olimpiadanın favoritlərindən sayılan ikiqat Olimpiya, beşqat dünya çempionu Stiven Lopezə (ABŞ) qalib gəldi.
Trend-in məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan Əzizov rəqibini 3:2 hesabı ilə yendi və 1/4 final mərhələsinə vəsiqə qazandı.