Mütəxəssislər çörəkotunun bir çox xəstəliyə şəfa olduğunu vurğuladılar.
Mövsüm keçidlərində, allergik hallarda, xolesterin və şəkər xəstəliklərində, immun sisteminin gücləndirilməsində, demək olar ki, hər vəziyyət üçün təklif edilən çörəkotu mükəmməl bir bitkidir.
Çörəkotunun faydaları bunlarla da məhdudlaşmır. Aparılan elmi işlər çörəkotunun tərkibində 100-dən çox maddənin olduğunu göstərib. Bunlardan bəziləri nigellon və alpha pinen tərkibləri, omega-3, omega-6 yağ turşuları, selen, sink, dəmir, mis, kalsium mineralları ilə E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusilə immunitetin güclənməsində son dərəcə əhəmiyyətlidir.
Salatlara əlavə edəcəyiniz yarım qaşıq çörəkotu yağı ilə həm salatın dadı, həm də şəfası artacaq. Həmçinin üyüdülmüş çörəkotu qatığa da əlavə edilə bilər.
saglamolun.az