Bank VTB-dən (Azərbaycan) yeni xidmət – fərdi bank seyfləri
2.11.2016

Bank VTB (Azərbaycan) yeni “Fərdi bank seyfləri” məhsulu ilə qiymətli əşyaların etibarlı qorunmasını təklif edir.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, müştəriləri pulların, qiymətli kağızların, sənədlərin, zinət və AR qanunvericiliyi ilə qadağan olunmayan digər əşyaların saxlanılması üçün müxtəlif ölçülü seyf qutularını icarəyə götürə bilər. İcarə müddəti 1 gündən başlayır, maksimal müddət isə 12 aydır.

Bank seyflərin tam toxunulmazlığına və mühafizəsinə zəmanət verir. Fərdi seyf qutusunda saxlanan dəyərli əşyaların təhlükəsizliyi “iki açar prinsipi” ilə (bankın açarı və müştərinin açarı) maksimal dərəcədə təmin olunur. Seyfin açarı icarəçidə və ya onun səlahiyyətli nümayəndəsində olur. Müştəri seyfdən istifadə etmək hüququnu öz nümayəndəsinə notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında verir.

Bankın müştəriləri seyfi H.Cavid, 32 ünvanında, “Elmlər Akademiyasının” qarşısında yerləşən VTB (Azərbaycan)-ın yeni “Elmlər” filialında icarəyə götürə bilər. Əlavə məlumatı bankın saytında və ya 24 saat xidmət göstərən 986 (Azercell abunəçiləri üçün - 012 986) nömrəli Çağrı Mərkəzindən almaq mümkündür.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

trend