ABŞ-da tədqiqatçılar insanların “Facebook”da keçirdiyi vaxtla onların sağlamlığı və uzunömürlülüyü arasında əlaqə (korrelyasiya) müəyyən ediblər.
Bu barədə PNAS dərgisində məlumat verilib.
San-Diyeqodakı Kaliforniya İnstitutunun mütəxəssislərinin apardığı araşdırma “Facebook”dakı 12 milyon profilin təhlili və onların Kaliforniya Səhiyyə Departamentinin qeydləri ilə müqayisəsinə əsaslanır. Profillərin sahibləri 1945-1989-cu illərdə doğulanlardır.
Müəyyən edilib ki, “Facebook”dan normal istifadə ən aşağı ölüm həddi ilə assosiasiya olunur. Dostluq təklifləri almaq isə ölüm həddinin azalması ilə korrelyasiya olunur, dostluq təklifi göndərmək bu cür effekt vermir. Alimlərin rəyinə görə, bu, onu göstərir ki, sosial əlaqələri real dünyada qurmaq məcburi deyil, şəbəkə ünsiyyəti də yetərlidir.
Alimlər “Facebook”un ömrü uzatdığını bəyan etməyə tələsmir. Onların fikrincə, əks ssenari də mümkündür: daha sağlam adamların daha aktiv sosial həyatı var, o cümlədən internetdə.
lent.az