“YouTube”dakı “Flossy Carter” kanalında oktyabrın 28-də rəsmi satışları başlayan “Apple Watch Nike+” smart-saatının ilk icmalı nümayiş etdirilib.
Saat “Apple” və məşhur idman məhsulları istehsalçısı “Nike”ın əməkdaşlığı ilə hazırlanıb.
“Apple Watch Nike+”un əsas fərqləndirici xüsusiyyəti onun dizaynıdır. Alüminium korpus görünüşünə görə “Apple Watch”un korpusundan fərqlənməsə də, ftorelastomerdən hazırlanan kəmərcik unikaldır və “nəfəs alır”. Kəmər 4 rəngdə buraxılıb. Korpusun iç tərəfində optik nəbz “datçiki” yerləşən dairəvi qapaq var. Datçiki örtən şüşə sapfirdən hazırlanıb.
İstifadəçi “Nike”ın iki eksklüziv siferblatı arasından seçim edilə bilər – rəqəmli və analoq. Funksional xüsusiyyətlərə gəldikdə isə, bu smart-saatlara əlavə parametrlər və ya komanda daxil etmədən qaçışa başlamaq olar. Bunun üçün xüsusi “Nike+ Run Club” əlavəsi mövcuddur.
video
lent.az