Günün qoroskopu
13.8.2012

Qoç - İşgüzar ünsiyyət üçün yaxşı gündür, vacib görüşlər təyin edə bilərsiniz, boşa getməyəcək. Maraqlı təkliflər ala bilərsiniz. Unutmayın ki, yalnız gəlir əldə etmək üçün deyil, həm də ictimai məqsədlərə yönəlmiş layihələr sizin üçün daha perspektivlidir.
Qəşəng və nadir əşyalara marağınız artır. İncəsənət əsərləri, əntiq malları sizi möhkəm cəlb edir. Xoşunuza gələn əşyalara çox pul sərf edirsiniz, tezliklə pulqabınız boşala bilər.

Buğa - Xoş gündür. Bu gün cazibədarlığınız əlahiddədir, odur ki, çoxlarının sizinlə işləmək istəyini təəccüblə qarşılamayın. Yaradıcı potensialınız yeni, maraqlı ideyalar ortaya çıxarır. Sərfəli sövdələşmələr bağlaya, faydalı əlaqələr qura bilərsiniz.
Aqressiya və sərtlik nümayiş etdirməyin zamanı deyil, nəzakətli olmağa çalışın. Bu gün daha çox özünüzə qarşı tələbkar olmalısınız. İntizam uğur qazanmağınızın ən yaxşı yoludur.

Əkizlər - Ətrafınızdakılarla asanlıqla dil tapırsınız. Bu, işgüzar danışıqlarda və görüşlərdə gərəyiniz olacaq. Yeri gəlmişkən, bunların sayı sizi bezdirəcək. Kütlə qarşısında çıxışlar uğurlu keçəcək, tərəfdaş, ortaq və köməkçi tapmaq da asan olacaq. Pedaqoqlar, həmçinin reklam sahəsində işləyənlər üçün xüsusilə uğurlu gün olacaq.
Kəskin intuisiyanız və insan psixologiyasını yaxşı bilməyiniz sayəsində yaxınlarınızla ünsiyyətdə əziyyət çəkmirsiniz. Unutmayın: hiyləgərlik və başqalarını idarə etmək bu gün yolverilməzdir, nə edirsinizsə, aşkarda edin.

Xərçəng - Təhriklərə uymasanız, həmən təslim olmasanız, çox şeyə nail ola bilərsiniz. İşgüzar danışıqları uğurla bitirə, sizə böyük köməyi dəyə biləcək bir insanın dəstəyini qazana bilərsiniz. Həm özünüzün imkanlarını, həm ətrafınızdakıların gücünü düzgün qiymətləndirir, kimsədən bacara bilməyəcəyini tələb etmirsiniz. Sizin üçün qiymətli olan insanların zəifliklərinə göz yumursunuz.
Sizi yalnız xırda-para işlərin çoxluğu yorur. Sənədlərin rəsmiləşdirilməsi ilə bağlı problemlər yarana bilər. Səfərlərdə xoşagəlməz hadisələr mümkündür.

Şir - Gərgin, yorucu, müxtəlif işlərlə dolu gündür. Bu gün hamıya lazımsınız - hər kəs məsləhətinizə, köməyinizə, dəstəyinizə ehtiyac duyur. Bir neçə maraqlı iş təklifi alacaqsınız, ancaq əhatəli müzakirə etmədən razılıq verməyin. Sövdələşməkdən çəkinməyin: öz xidmətlərinizə görə sizə təklif ediləndən daha çox ala bilərsiniz.
Ailədə ab-hava xoşdur, yaxınlarınızla münasibətləriniz yaxşıdır. Günün ikinci yarısı birgə istirahət, ziyafətlər üçün münasibdir.

Qız - Qeyri-standart məsələlərin həlli üçün uyğun gün deyil. Yaradıcı potensialınız yüksək deyil, daha çox yoxlanılmış metodlardan istifadə etməyə çalışırsınız. Mübahisələrdə nöqteyi-nəzərinizi müdafiə etmək xoşunuza gəlmir, bu səbəbdən güzəştə gedirsiniz və tezliklə bu əməlinizə görə peşman olacaqsınız.
Vacib işləri təkbaşına görməyə çalışmayın: bu gün dost və tərəfdaşlarınıza güvənə bilərsiniz. Yaşlı qohumlardan aldığınız məsləhətlər də xeyrinizə olacaq. Axşam yeni tanışlıqlar və görüşlər vəd edir.

Tərəzi - Yaxşı gündür. Qələbələrinizin kiçikliyi sizi kədərləndirməsin. Mümkün olmayanı əldə etməyə çalışmayın - öz gücünüzü düzgün qiymətləndirməyiniz sizi məyus olacağınız nəticələrdən qoruyar. Nüfuzlu insanlarla ünsiyyət üçün münasib gündür. Rəhbərliklə peşəkar perspektivlərinizi müzakirə edə bilərsiniz.
Təəssüf ki, bu gün ətrafınızdakılarda hansı təəssürat yaratmağınız sizi daha çox məşğul edir. Daha yaxşı görünməyə cəhd edərkən diqqət yetirilməsi gərək olan xırdalıqları nəzərdən qaçırırsınız.

Əqrəb - Əhvalınız yaxşı deyil, bu səbəbdən də özünüzü ağıllı adam kimi aparmırsınız. Qıcığınız axmaq hərəkətlərə yol açır: dəyər verdiyiniz bir insanla əlaqələri poza bilərsiniz. Çox vacib işgüzar əlaqələrin qırılması da mümkündür.
Biznesə, daşınmaz əmlaka aid ciddi məsələləri həll etməyə çalışmayın. Uzunmüddətli müqavilələr bağlamaq məsləhət deyil. Pullar və vacib sənədlərlə ehtiyatlı və diqqətli olun. Hesablamalarda səhv edə bilərsiniz.

Oxatan - Gün asan olmasa da, yaranan problemləri uğurla həll edirsiniz. Buna görə intuisiyanıza və ucu-bucağı görünməyən fantaziyanıza borclusunuz. Nüfuzlu bir şəxsin, yaxud xaricdəki iş ortaqlarınızın dəstəyinə güvənə bilərsiniz.
Çətinliklərə baxmayaraq, əhvalınız gözəldir. Nikbinsiniz və o bu gün ehtiyacınız olan tək şeydir. Yaxınlarınızla münasibətdə ahəngdarlığı qoruya bilirsiniz, hətta ümumi fikrə gələ bilməsəniz də, mübahisələrdən qaçırsınız. Uğurlu alış-veriş mümkündür.

Oğlaq - Günün işgüzar perspektivləri çox xoşdur. Ardıcıl işləsəniz, emosiyalara uymasanız, çox şeyə nail olacaqsınız. Hərəkətləriniz, qərarlarınız düşünülmüşdür, səhv etmirsiniz. İşgüzar səfərlər də uğurludur. Xeyli pul ala bilərsiniz.
Gərəksiz söhbətlərə isə çox vaxt itirirsiniz. Ancaq unutmayın: müsahibinizi dinləməyiniz vacibdir: təsadüfən çox qiymətli bir məlumat əldə edə bilərsiniz. İnsanların çox olduqları tədbirlərə qatılmayın.

Dolça - Təzadlı və nahamar gündür. Ətrafınızdakılar sizi işlərin yolunda olduğuna inandırmağa çalışırlar. Ancaq intuisiyanız deyir ki, bunlar hamısı yalandır. Ona inanmaq lazımdır: hələ ki, hadisələrin axarını dəyişmək şansınız var, sonraya qalsa, şəraitlə barışmalı olacaqsınız.
Bekara mübahisələrə, münasibətlərin aydınlaşdırılmasına vaxt sərf etməyin, ətrafınızdakıları tərifə layiq olduğunuza inandırmağa çalışmayın. İndi ictimai rəy haqda fikirləşmək zamanı deyil. Praktiki dəyəri olan işlərə daha çox diqqət yetirin.

Balıqlar - Çətinliklərdən qorxmur, qarşınıza çıxan maneələri aşırsınız. Bu işdə sizə güclü intuisiyanız kömək edir, onun sayəsində məqsədə doğru ən qısa yolu tapırsınız. Bu günü işgüzar əlaqələrin möhkəmləndirilməsinə sərf edə bilərsiniz. Uzun müddət dil tapa bilmədiyiniz insanlarla da münasibətləri yoluna qoya biləcəksiniz.
İnsanların əhatəsində və diqqət mərkəzində olduqda özünüzü çox inamlı hiss edirsiniz. Tək qalanda isə narahat olursunuz və çox zaman bunun üçün heç bir əsas olmur. Bədbin fikirlərinizə gününüzü pozmağa imkan verməyin.

Milli.Az