Azərbaycan prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmış sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifovu, həmçinin onların məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib.
Prezidentin mətbuat xidmətinə istinadən verilən xəbərə görə, dövlət başçısı onların Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılara və onların məşqçilərinə yeni qələbələr arzulayıb.
apa