Türkiyədə keçiriləcək 19-cu “Gümüşhane” Beynəlxalq Mədəniyyət və Turizm Şənliyində Azərbaycan geniş surətdə təmsil olunacaq.
Türkiyənin “Anadolu” İnformasiya Agentliyinə istinadən verilən xəbərə görə, sözügedən şənlik bu il avqustun 23-də başlayacaq və dörd gün davam edəcək.
Tədbir təşkilatçılarının açıqlamasına görə, Şənliyin açılış mərasimi avqustun 23-də Gümüşhanedə Atatürkün abidəsi qarşısından Zəfər meydanına qədər yürüşlə başlayacaq.
Növbəti günlərdə isə müxtəlif janrlarda konsertlər və xalq folklor qruplarının fərdi çıxışları olacaq, əyləncəli müsabiqələr keçiriləcək.
Qeyd olunur ki, Şənliyin 3-cü günündə xüsusi təşkil olunacaq “Azərbaycan gecəsi” çərçivəsində xalqımızın milli mədəniyyəti, incəsənəti və mətbəxi nümayiş etdiriləcək.
Gün.Az