MİDA ilk binasını tikəcəyi yeri müəyyənləşdirib
3.11.2016

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsinin icrasına başlayıb.
Bu barədə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, MİDA MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.
Qeyd edək ki, həmin yaşayış kompleksi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə salınır.

report.az