"Excelsior Hotel & Spa Baku" otelində milli mətbəxin təqdimatı keçirilib
3.11.2016

Bu gün “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milli Mətbəxin təqdimat mərasimi keçirilib. Oteldən verilən məlumata görə, mərasimdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təqdimat zamanı milli mətbəximizin xüsusiyyətləri haqqında məlumat verilib, Azərbaycanın ənənəvi yeməklərinin hazırlanması üsulları nümayiş etdirilib. Tədbir iştirakçıları hazırlanmış yeməklərin dadına baxıb və onların çox gözəl dad keyfiyyətlərinə əmin olublar.

Azərbaycan – son dərəcə zəngin və qədim mədəniyyətə malikdir və milli mətbəx onun ayrılmaz hissəsidir. Azərbaycan mətbəxi bütün dünyada özünəməxsusluğu və koloriti ilə seçilir.

“Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında hər gün saat 18:00-dan qonaqlar Azərbaycanın milli mətbəxinin yeməklərini sifariş verə bilərlər. Qiymətlər 3 AZN-dən başlayır və qiymət menyudan asılı olaraq dəyişir.

“Excelsior Hotel & Spa Baku” otelinin Ərzaq və içkilər departamentinin meneceri Mehmet Ayan qeyd edib ki, bu xidməti “Belveder” restoranı noyabr ayından başlayaraq təqdim etməyə başlayıb. Restoranın peşəkar aşpazları milli mətbəxin istənilən yeməklərini hazırlaya bilir. Oteldə qalan əcnəbilər üçün bu, Azərbaycan mətbəxi ilə tanış olmağın gözəl imkanıdır, bizim həmvətənlərimiz üçün isə - rahat interyerli gözəl atmosferdə şam yeməyi keçirməkdir.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ildən fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagı, 2 "Royal" lüks otaq, 4 "Crown" lüks otaq, 45 "Heritage" standart otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s. var.

trend.az