Bakıda İtaliyanın məşhur geyim markaları nümayiş olunur
4.11.2016

Noyabrın 3-də “Landmark Rotunda” otelində İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “İtalyan festivalı” adlı tədbir keçirilib.

“Dünya italyan dili həftəsi” çərçivəsində təşkil olunan tədbir İtaliyanın məşhur geyim, ayaqqabı, zərgərlik və mebel məhsullarını Azərbaycanda təmsil edən yerli şirkətlərin iştirakı ilə reallaşdırılıb.

Noyabrın 4-dək davam edəcək tədbirdə geyim, ayaqqabı və zərgərlik brendlərinin moda nümayişi, italyan şərablarının dequstasiyası və konsert proqramı nəzərdə tutulub.

Qeyd edək ki, sabahdan etibarən gün ərzində Azərbaycan şirkətlərinin stendlərində italyan markaları nümayiş olunacaq.

azertag.az