Ödənişlərini Bolkartla edənlərə E-PUL.az-dan 5 qat bonus və bütün partnyorlarda +2 ay hədiyyə
4.11.2016

Bank of Baku Bolkartın 5 yaşı münasibətilə Bolkartlılara sevə-sevə elan etdiyi “Bolkartla Qazan” aylığı çərçivəsində növbəti iki yeni kampaniyaya start verir.

Bankdan verilən məlumata görə, 1-7 noyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkartın “3 və 6 aya ödə” partnyorlarında alış-veriş edən müştərilər ödənişlərinə +2 ay HƏDİYYƏ qazanacaqlar. Yəni, Bolkartın partnyor şəbəkəsinə daxil olan istənilən mağazada 3 aya etdikləri alış-verişin dəyərini 5 aya, 6 aylıq alış-verişin xərcini isə hissə-hissə bölüb 8 aya ödəyə biləcəklər. Kampaniyadan bütün növ Bolkart kredit və Bolkart debet kart sahibləri faydalana bilər.

3-17 noyabr tarixləri arasında ödənişlərini E-PUL.az onlayn ödəniş portalı vasitəsilə həyata keçirən Bolkartlılar etdikləri hər bir ödənişə görə portaldan 5 QAT BONUS qazanacaqlar. E-pul tərəfindən təqdim olunan bu bonusları Bolkartlılar daha sonra istənilən ödənişini həyata keçirə və ya hədiyyəyə dəyişə bilərlər.

E-pul ödəniş portalından istifadə edən Bolkartlılar bank xidmətləri daxil olmaqla, mobil operatorlar və telefon şəbəkələri, internet və TV provayderlər, kommunal və digər xidmətlər üzrə ödənişlərini internet üzərindən rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

“Bolkartla Qazan” aylığı çərçivəsində həyata keçirilən bu və digər kampaniyalar haqqında ətraflı məlumatla həm Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də Bankın və Bolkartın rəsmi internet ünvanlarına daxil olmaqla əldə edə bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bolkart.az

www.facebook.com/bolkart

trend