Azərbaycan dövlət neft və sənaye universitetində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində informasiya texnologiyalarının inkişafı dövlət fondunun elan etdiyi qrant müsabiqəsində adı çəkilən ali məktəbin tələbələri tərəfindən hazırlanan və qrant müsabiqəsində qalib olmuş bir neçə layihənin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan dövlət neft və sanaye universitetinin rektoru, professor Mustafa Babanlı açılış nitqi ilə çıxış edərək universitetin startap və innovasiya mərkəzi haqqında məlumat verib. Çıxış edənlərdən fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib. RYTN-nin şöbə müdiri Tahir Məmmədov müsabiqə çərçivəsində qalib gəlmiş startap startap layihələrə uğurlar arzulayıb və belə innovativ təşəbbüslərin ölkənin İKT sektorunun inkişafına verəçəyi töfhənin önəmini qeyd edib. O bilidirib ki, Azərbaycan dövləti tərəfindən startapçılara verilən dəstək qeyri-neft sektorunun inkişafı üçün münbit ekosistemin yaradılması deməkdir.
Tədbirdə, həmçinin "Startap Azərbaycan" hərəkatı, Qafqaz universitetinin texnoparkı, Memarlıq və inşaat universitetinin biznes inkubatoru, Azərbaycan dövlət iqtisad universitetinin biznes inkubatoru və digər startap ekosistemin üzvləri iştirak ediblər.
Sonra universitetin qrant müsabiqəsində qalib olan "Comfortlab" və "Magic Words" layihələrinin təqdimatlatı keçirilib. Sonra qrant müsabiqəsində qalib olan bir neçə layihə RYTN-nin sertifikatları ilə təltif edilib.
trend