Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankının (WB) birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi layihəsi”nin nəticələrini müzakirəsi ilə bağlı konfrans keçirilir.
Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dünya Bankının maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Bernt (Rolf Berhndt), qurumun maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina və beynəlxalq təşkilatların, özəl biznesin, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.
Konfransda Azərbaycanda maliyyə bazarlarının gücləndirilməsi, ölkədə özəl sektorun inkişafı, iqtisadi şaxələndirmənin maliyyələşdirilməsi üçün kapital bazarlarının mühüm maliyyə mənbəyinə çevrilməsində gələcək çağırışlar və bu istqamətdə fəaliyyət müzakirəsi nəzərdə tutulur.
trend