Azərbaycan regional texnopark yaradır
4.11.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC Pirallahı texnoparkının yeni konseptini təqdim edəcək.

Bunu qurumun baş direktoru Seymur Ağayev Milli Sahibkarlar Konfederasiyası yanında İKT müəssisələri ilə iş üzrə komissiyanın iclasında deyib.

S.Ağayev yeni konseptin Bakutel-2016 beynəlxalq telekommunikasiya sərgisində təqdim olunacağını deyib.

Texnopark Pirallahı qəsəbəsində inşa olunacaq. Parkın ərazisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Bu addımın əsas məqsədi regional texnoloji parkın yaradılması və Azərbaycanın regionun aparıcı qüvvəsinə çevrilməsidir. Hazırda park ərazisində infrastruktur və tikintiyə hazırlıq işləri aparılır.

trend