“Mastercard” və “Bravo” supermarketi birgə kampaniyaya başlayıb
4.11.2016

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı supermarketlərdən biri olan “Bravo” Bakıda birgə kampaniyaya start verir.

Kampaniya çərçivəsində “Gənclik Mall”da yerləşən “Bravo” supermarketində 40 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib ola bilərlər. Bunun üçün sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Noyabrın 27-dək davam edəcək kampaniyadan yararlanmaq üçün alış-veriş ödənişinizi “Mastercard” kredit və debet və ya “Maestro” debet kartları ilə edə bilərsiniz. Kampaniya müddəti ərzində yalnız eyni günə aid olan ödəniş qəbzləri yararlı hesab olunacaq.

“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir qeyd edib: “Biz öz sahəsində aparıcı brendlərdən olan “Bravo” ilə əməkdaşlıqdan və Azərbaycan istehlakçılarına yeni bir kampaniya təqdim etməkdən məmnununuq. İnnovativ həllər üzrə qlobal şirkət olaraq öz kart sahiblərimizi dəyərsiz imkanlar və ən yaxşı alış-veriş təcrübəsi ilə təmin etməyə həmişə şadıq. Sözügedən aksiya istehlakçılara göstərdiyimiz davamlı dəstəyi və yerli bazarın “Mastercard” üçün strateji əhəmiyyətini əks etdirir”.

Qeyd edək ki, Vegilər Nazirliyində 26 may 2016-cı il tarixində qeydiyyatdan keçən "Mastercard Europe" şirkətinin Bakı nümayəndəliyinə Yasəmin Bədir rəhbərlik edir.

Kampaniya və qaydalar haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
http://www.mastercard.com/tr/consumer/azerbaijanbravoactivation.html.

trend