Azərbaycan muğamı kosmosda: “Voyager”in 35 illiyi qeyd olunacaq – DİNLƏ
13.8.2012

Bu il sentyabrın 20-də ABŞ-ın Los Anceles şəhərində yerləşən Azərbaycanın Baş Konsulluğu Kaliforniya Universitetinin “Schoenberg” zalında konsert təşkil edəcək. Mərasim NASA-nın məşhur “Golden Records” musiqi albomunu daşıyan “Voyager” kosmik gəmisinin 35-ci ildönümünə həsr ediləcək.

Konsulluqdan verilən məlumata görə, konsert zamanı Azərbaycan muğamı da səsləndiriləcək.

Qeyd edək ki, 1977-ci ilin avqust-sentyabr aylarında NASA “Voyager I” və ” Voyager II” insansız gəmilərini kosmosa göndərib. “Golden Records” adlı fonoqram yazıların yerv aldığı musiqi albomu da həmin gəmi ilə kosmosa göndərilib. Həmin albomun içərisində Dünya musiqi irsini təmsil edən müxtəlif xalqlara aid musiqi parçaları yer alıb. NASA-nın “Voyager” Komitəsi minlərlə musiqi əsəri arasından Azərbaycan muğamının nümunəsi olan və balabanla ifa olunmuş “Şur”u da “Golden Records” albomunun tərkibinə daxil edib.

http://www.youtube.com/watch?v=kVRdEvdovgk&feature=player_embedded

ANN.Az