Azərbaycanda doğulan körpələrə daha çox hansı adların qoyulduğu açıqlanıb - SİYAHI
7.11.2016

Bu ilin 10 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox qoyulan adların ilk onluğunda Yusif (2698), Hüseyn (1808), Əli (1746), Ömər (1378), Məhəmməd (1126), Zəhra (2338), Nuray (1742), Fatimə (1512), Zeynəb (1446) və Aylin (1341) adları gəlir.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, siyahıda ilk iyirmilikdə Tunar (1051), Murad (1051), Ayxan (972), Uğur (970), İbrahim (737), Məryəm (1245), Ayan (1100), Mələk (1070), Mədinə (865), Dəniz (885) adları da yer alıb.
Bundan başqa, bu il uşaqlara verilən adlar arasında Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, Fərid, İsmayıl, Ramal, Gülay, Xədicə, Səma, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu kimi adlar üstünlük təşkil edib.
Ümumiyyətlə, qoyulan adlar arasında ərəb və fars mənşəli olanlar daha çoxdur.

report.az