Mədəsində problemləri olanlar bu meyvəni mütləq yesinlər
7.11.2016

Dadına, müalicəvi xüsusiyyətlərinə və pəhriz xassələrinə görə xurma əvəzolunmaz meyvədir.
Xurma mədə pozğunluğunda pəhriz vasitəsi kimi istifadə olunur. Xurmanın şirəsi bakteriyaları öldürmə qabiliyyətinə malikdir. Xalq təbabətində xurmanın quru yarpaqlarının əzilmişi qankəsici və sidikqovucu kimi istifadə olunur.
Meyvələri mədə xəstəliklərində, xüsusilə, qəbizlikdə işlətmə vasitəsi kimi istifadə olunur. Keçmişdə sinqa xəstəliyində onu profilaktika və müalicə vasitəsi hesab edirdilər.
Xurma, xüsusilə, uzun sürən xəstəlikdən sonra məsləhət görülməkdədir. Təkibindəki bol miqdarda beta-karotin sayəsində görmə və dəri üçün də çox faydalıdır. Daha çox natrium, kalsium, manqan və dəmirlə zəngindir. Onların sayəsində xurma bədəni toksinlərdən və şlaklardan təmizləyir.

saglamolun.az