ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi - NASA qışla bağlı verdiyi proqnozları yerli alimlər şərh edib.
NASA son 100 ilin ən sərt qışının yaxınlaşdığını bəyan etsə də Azərbaycanlı iqlimşünansları bu proqnozun ölkəmiz üçün gözlənilmədiyini deyir.
İqlimşünas Məhərrəm Həsənovun sözlərinə görə, ölkəmizdə ən sərt qış 2012 ci ildə olub, havanın ortalama temperaturu mənfi 10-12 dərəcəyə qədər enib. İndidən isə yenidən belə halın baş verəcəyini demək tezdir.
Məhərrəm Həsənovun sözlərinə görə, qış sərt keçərsə, bu kənd təsərrüfatı məhsullarına məfi təsir edəcək.
Kənd Təsərrüfatı Nazirliyi də bəyan edir ki, əgər doğrudan da qışda şaxta çox olarsa bunun bəzi məshullara təsiri qacılmaz olacaq. Ancaq belə narahatlıq doğuran nəticə üçün təxminən mənfi 20 dərəcə şaxta olmalıdır.
saglamolun.az