Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək. “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən daxil olan məlumata görə, qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri:
İstiqamət	Tarif (manatla)
ekonom	biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı)	0.80	1.20
Bakı-Biləcəri (Biləcəri-Bakı)	0.30	0.80
Bakı-Xırdalan (Xırdalan-Bakı)	0.40	1.0
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)	0.20	0.40
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)	0.60	1.00
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)	0.40	0.80
report.az