“DəmirBank”ın filiallarında pulsuz “Wi-Fi” fəaliyyət göstərir
7.11.2016

“DəmirBank”ın filiallarında müştərilərə pulsuz “Wi-Fi”ya qoşulmaq imkanı yaradılıb.

Bankdan bildiriblər ki, hazırda müştərilər “DəmirBank”ın istənilən Bakı şəhər filialında pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. “Wi-Fi”ya qoşulmaq üçün tələb olunan şifrə “Q-matik” elektron növbə sistemindən çıxan qəbzdə qeyd olunur.

Belə ki, qeyd olunan xidmət müştərilərə heç bir vaxt itkisi olmadan təcili onlayn əməliyyatları həyata keçirmək, eləcə də gözləmə vaxtının maraqlı keçirilməsinə imkan yaradır.

“DəmirBank” qısa zamanda müştərilərin istifadəsinə yeni innovativ xidmətləri təqdim edəcək.

azertag.az