Noyabrın 7-də Bülbül adına orta ixtisas musiqi məktəbində Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilib, dövlət bayrağı səhnəyə gətirilib.
Məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bu günün mahiyyətindən danışan direktor Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən, dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısından danışıb. T.Göyçayev şagirdlərə dövlət kimi varlığımızın sübutu olan, uğrunda minlərlə şəhid verdiyimiz bayrağımızı uca tutmağı tövsiyə edib.
Tədbirin bədii hissəsi məktəbin şagirdlərinin ifasında musiqi nömrələri ilə davam etdirilib.
azertag.az