IV Bakı Beynəlxalq Teatr Konfransında müasir teatrın aktual problemləri müzakirə edilir. Mən konfransın plenar iclasına “Müasir Vyetnam teatrının təyinatı” mövzusunu təqdim etmişəm. Yüksək səviyyədə təşkil edilən bu konfrans dünyanın müxtəlif ölkələrindən teatr mütəxəssislərinin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu sözləri jurnalistlərə müsahibəsində konfrans iştirakçısı - Tokio İncəsənət Universitetinin Ali Musiqi Məktəbinin əməkdaşı Yuko Nobe deyib. Bildirib ki, konfransın “Multikulturalizm və teatr” adlı builki mövzusu insanların multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə atılan mühüm addımdır.
Bakıya ilk dəfə gəldiyini söyləyən Yuko Nobe şəhərin və insanların ona xoş təsir bağışladığını bildirib.
azertag.az