Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan-Gürcüstan folklor festivalı keçirilib.
İdarədən bildirilib ki, festivalın əsas məqsədi ölkələrin mədəniyyətlərini nümayiş etdirmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır.
Tədbirdə Gürcüstanın “Aisi”, "XXI əsr” rəqs kollektivləri ilə yanaşı, Mərdəkan Mədəniyyət Sarayının “Lalələr”, “Azərbaycan qartalları” rəqs kollektivləri və solistlər çıxış ediblər.
Sonda festival iştirakçıları diplomla təltif olunub.
azertag.az