Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook-da yeniliklər davam edir.
Qərb mətbuatına istinadən verilən xəbərə görə, Facebook-da artıq şəkillərinizə kimlərin baxdığını biləcəksiniz.
Belə ki, Facebook qruplarına əlavə edilən fotolara kimlərin və saat neçədə baxdığı artıq bir neçə gündür ki, test olunur.
Bu yeniliyin profillərdə tətbiq edilib-edilməyəcəyi isə istifadəçilərin reaksiyasından asılıdır. Şirkətdən bildirilib ki, əgər insanlar bu yeniliyə sərt reaksiya verməsə, yaxın vaxtlarda profillərə yerləşdirilən fotolara da kimlərin baxdığı görünəcək.
Gün.Az