Şəkər əlavə edilmiş qida məhsullarından və içkilərdən çox istifadə edilməsi ürəktutmanın və ya miokard infarktının inkişaf riskini təxminən otuz faiz artırır.
Bu məlumatı İsveç KİV-ləri Lund şəhəri universiteti alimlərinin yeni tədqiqatlarının nəticələrinə istinadla yayıblar.
On yeddi il davam etmiş tədqiqatda diabet və ürək-damar xəstəliyi olmayan 26 mindən çox adam iştirak edib. Tədqiqat müddətində hər bir könüllünün gündəlik rasionu diqqətlə analiz edilib. Həmçinin eksperimentin bütün iştirakçıları vaxtaşırı tibbi müayinədən keçiblər.
Sonda müəyyən edilib ki, insanların çoxuna əziyyət verən şəkər qatılmış qida qəbulu problem yaratmır. Bununla belə gündəlik kalori normasının azı 15 faizini saxarozadan qəbul edən könüllülərin 5 faizində miokard infarktının və digər ciddi ürək-damar xəstəliklərinin inkişaf riski 30 faiz artıb. Bu əlaqə ürək-damar xəstəlikləri ilə ənənəvi bağlı olan digər amillər, o cümlədən siqaret çəkmək, spirtli içki qəbulu və fiziki fəallıq nəzərə alındıqdan sonra da özünü göstərib.
İsveç alimlərinin gəldiyi nəticəyə görə, gündəlik kalorinin şəkərdən qəbul edilməsinin miqdarı on faizdən çox olmamalıdır.
azertag.az