Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad İsmayılov noyabrın 8-də şəhərin meri Giorgi Yermakovla görüşüb.
R.İsmayılov Azərbaycanla Gürcüstan arasında əlaqələr barədə ətraflı məlumat verib.
Diplomat Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Görüşdə Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarının artırılması, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb. İkitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
report.az