Günün ulduz falı
29.9.2011

Qoç - Dincəlmək və turizm səfərləri üçün uğurlu gündür. Ancaq indi daha çox çalışmalı, maddi imkanlarınızı artırmalısız. Mübahisələrdə isə sizə yaxın olan adamları özünüzə yad edirsiz.

Buğa - Səhhətinizə görə narahatlığa dəyməz, maşallah, özünüzü şir kimi hiss edirsiniz. Biznes fəaliyyətiniz isə yaxşılığa doğru, hələ ki, bir addım da irəliləmir. Sizə sevinc gətirən stimul ünsiyyətlərinizdəki səmimilikdir.

Əkizlər - Yorulmadan çalışmalısız, yoxsa maddi durumunuzu artırmaq fürsətini əldən verərsiniz. İndi bu sahədə imkanlarınız genişdir. Ünsiyyətləriniz isə hələ yaxşı alınmır. Səhhətinizin qayğısına qalın.

Xərçəng - Əlaqələrinizi genişləndirmək üçün uğurlu vaxtdır. Yeni tanışlıq sizin xəyalpərvərliyinizi artıracaq. Səhhətinizlə bağlı ciddi heç bir probleminiz yoxdur. Pul sarıdan, hələ ki, qıtlıqdır.

Şir - Səhhətinizin qayğısına qalmalısınız. Əsəbi ovqatla heç bir iş görməyin. Fikrinizi başqa səmtə yönəldənədək ünsiyyətlərinizi minimuma endirin. Əsas fəaliyyətinizdəki məsələlərin keyfiyyətlə həllinə nail olun.

Qız - Səhhətinizlə bağlı ciddi probleminiz olmayacaq. Özünüzü gümrah hiss edəcəksiniz. Yaxın hesab etdiyiniz adamlarla, ən azı telefon əlaqələri saxlayın. Hələ ki, biznes fəaliyyətiniz üçün uğur gözlənilmir.

Tərəzi - Əsəbi ovqatınızın səbəbi standartlara uymayan xarakterinizdədir. İndi əlinizi hara atırsınızsa, boşa çıxır, uğur sizdən sanki qaçaq düşüb. Bu gələn ilin 6 oktyabrınadək çəkəcək, dözüm göstərməlisiz.

Əqrəb - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Yaxşı tanışlarınızın hesabına çətin görünən işlərinizi sahmana salacaqsız. Maddiyyat məsələlərində, hələ ki, yenilik gözlənilmir.

Oxatan - Fikrinizi bir yerə toplayıb sizə xeyri dəyən məsələlərin həllinə girişin. Adda-budda iş görməyin. İndi maddi bazanızı möhkəmləndirmək imkanlarınız çoxdur, istifadə etməlisiniz.

Oğlaq - Ovqatınız o qədər də yaxşı məlum olmayan səbəblərdən gah yüksəlir, gah da narahatlıq yaradır. Səhhətinizdən ciddi şikayətiniz yoxdur. Biznes planlarınızın tamlıqla həyata keçə bilməməsi hələ bir müddət davam edəcək.

Dolça - İşləriniz çoxdur, onların hamısını keyfiyyətlə başa çatdırmağa vaxt kifayət qədər çox deyil. Buna baxmayaraq, çalışqanlığınızı artırmalısız. Sevgi məsələləriniz fərəhgətirici deyil.

Balıqlar - Səhhətinizdən nigaran qalmağa dəyməz, özünüzü güclü hesab edəcəksiz. Yaxın əqrəba ilə münasibətlərinizə yenidən baxın. Günahınızın az və ya çoxluğundan asılı olmayaraq, birinci addımı siz atın.