Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən "Bakcell" yeni eksklüziv kampaniyasını elan edir.
Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, "Bakcell" xaricdə istirahət və səyahəti planlaşdıranlar üçün inqilabi kampaniyaya başlayır. Abunəçilərinə bu günə qədər edilməyən rouminq təklifini təqdim edən "Bakcell" daha bir ilkə imza ataraq öz adını bir daha təsdiqləyir.
Avqustun 10-dan ölkə xaricinə çıxan hər bir "Bakcell" abunəçisi bütün istiqamətlərə dəqiqəsi yalnız 0.79 AZN-ə danışa biləcək. GPRS-dən istifadəyə də şamil olunan bu unikal tarif yalnız sentyabr ayının 30-dək aktiv olacaq.
Bundan əlavə, kampaniya çərçivəsində SMS-lərə də xüsusi qiymət təklif olunur. Belə ki, rouminqdə olarkən bütün istiqamətlərə bir SMS-in qiyməti yalnız 0.19 AZN olacaq.
Kampaniyaya qoşulmaq üçün *130#YES yığmaq lazımdır. Qoşulma haqqı KLASS və GOLD abunəçiləri üçün pulsuz, CİN abunəçiləri üçün isə 0.79 AZN təşkil edir. Kampaniyadan imtina etmək üçün *130#0#YES yığmaq lazımdır.
trend.az