"Azərpoçt" rayonlarda rəqəmsal dekoderlərin satışına başlayacaq
8.11.2016

Rəqəmsal TV dekoderlərinin rayon poçt şöbələrinə və filiallarına çatdırılması noyabrın 25-dən sonra başlayacaq. Bu barədə Azərpoçt MMC-dən məlumat verilib.

Məlumatda deyilir ki, rayonlarda dekoderlərin satışı dekabrın 1-dən başlayacaq. Bu, həmin tarixdən etibarən Azərbaycan ərazisində analoq yayımın dayandırılması ilə bağlıdır.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında analoq TV yayımı noyabrın 1-i saat 00:00-dan etibarən dayandırılıb.

Hazırda rəqəmsal dekoderlər Bakıda və Abşeron yarımadasında poçt şöbələrində satılır. Dekoderlərin satış qiyməti 22 manat təşkil edir.

trend.az