Bakı-Tbilisi-Qars dəmir yolunun test yoxlaması 2017-ci ilin yanvarında başlayacaq
8.11.2016

2017-ci il yanvarın 1-dən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun test yoxlaması başlayacaq. Türkiyə KİV-ə istinadən verilən məlumata görə, bu sözləri Qars vilayətinin valisi Rəhmi Doğan deyib.

Vali deyib ki, BTQ layihəsinin birinci mərhələsi istismara verildikdən sonra ikinci mərhələnin reallaşdırılması başlayacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu tam şəkildə 2017-ci ilin əvvəlində istismara veriləcək.

trend