Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 11-də saat 14:00-da Tərtər şəhərində Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Bunun üçün:
Tərtər rayonunda 02223 61554
Yevlax şəhərində 02233 64646
Ağdam rayonunda 02632 50632
Bərdə rayonunda 02020 51515
Xocalı rayonu üzrə 02235 21698
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
trend