Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın kultura.uz portalı Bakıda keçirilmiş I Beynəlxalq Çörək Festivalı barədə rus dilində məqalə yayıb.
Məqalədə bildirilir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzi, həmçinin Milli Kulinarlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalda ölkənin 20-dən artıq regionu ilə yanaşı, Türkiyə, Özbəkistan və Qırğızıstan nümayəndələri qatılıblar.
Qeyd edilir ki, festivalda 500-dən artıq təndir və kürə çörəyi, un məmulatları bişirilib və nümayiş olunub, iştirakçılar bişirilən müxtəlif çörəklərdən və şirniyyatlardan dadıblar.
Tədbirdə qonaqlara ölkəmizdə çörəkbişirmə mədəniyyəti və ənənələri haqqında məlumat verilib, Azərbaycan xalq mahnıları və muğamlar səslənib.
azertag.az