Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda Bakıda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində noyabrın 9-da Azərbaycan Dövlət Musiqili Teatrında “ustad dərsi” təşkil olunub.
“Ustad dərsi”ni ingiltərəli teatrşünas, məsləhətçi və təlimçi Devid Pərriş keçib.
D.Pərrişin “Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar” mövzusunda seminar-məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. O, mühazirəsində bizneslə yaradıcılığın teatrda paralel şəkildə inkişaf etdirilməsi yollarından danışıb.
Sonda dinləyicilərin sualları cavablandırılıb.
azertag.az